WhatsApp köməkçisi
Müştəriləriniz WhatsApp-dan yazsın, Alpiko anında cavablasın.
3 addımda hazır
Nömrənizi bağlayın
Biznes WhatsApp nömrənizi Meta hesabınızla bağlayırsınız.
Köməkçini öyrədin
Biznes məlumatınızı əlavə edir, 50 suallıq sınaqla yoxlayırsınız.
Gölge modda sınayın
Əvvəl cavabları siz görün, razısınızsa yayımlayın.
Bir biznesdə axın belədir
- Müştəri WhatsApp-dan kampaniyanı soruşur
- Alpiko cavablayır, əlaqə məlumatını qeyd edir
- Komandanız söhbəti təhvil alır və ya bağlayır
Bu xidmətlə gələnlər
7/24 cavab
Gecələr və həftə sonları da müştəriniz qarşılanır.
Toplu mesaj və sorğu
Təsdiqlənmiş şablonla icazəli şəxslərə elan və sorğu göndərin.
Asan ötürmə
Siz yazdıqda bot susur, söhbəti sizə ötürür.
Bu xidmət hansı bizneslər üçün nəzərdə tutulub?
Bu xidmətdə təhlükəsizliyə necə yanaşırıq
Təhlükəsizliyi sonradan əlavə olunan bir xüsusiyyət kimi görmürük. Bu xidmətə xas tədbirlərimiz:
Rəsmi Meta infrastrukturu
Mesajlar WhatsApp-ın rəsmi biznes API-si ilə göndərilir; daxil olan hər bildirişin imzası yoxlanılır.
İcazə və çıxış
Mesaj almaq istəməyən (STOP) şəxsə bir daha yazılmır; kütləvi göndərişdə icazə bəyanı məcburidir.
Saat xəbərdarlığı
09:00–17:00 xaricindəki kütləvi göndərişdə əlavə təsdiq tələb olunur.
Şifrələnmiş açar
Hesab giriş açarınız şifrələnmiş şəkildə saxlanılır, ekranlarda görünmür.
Hansı nömrə ilə işləyir?
Biznes WhatsApp nömrənizlə. Mövcud müştəri yazışmalarınız gələn qutusunda görünür.
Müştəri mesajı təlimdə istifadə olunurmu?
Xeyr. Mesajlarınız süni intellekt modellərini öyrətmək üçün istifadə edilmir.
7/24 dəstək; quraşdırma üçün Alpiko Dəstəyə yazın. Hesabınızda dəyişiklik yalnız paneldən edilir.
Digər xidmətlər
Alpiko işlərinizi həll etsin, vaxtınız sizə qalsın
7 gün pulsuz sınayın. Quraşdırma bir neçə dəqiqə çəkir.